“Formula-1″in 2017-ci il Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq

  • By admin
  • 08 Noyabr 2016 21:37

Formula1

 

“Formula-1” maşın sinfində avtomobil yarışları üzrə dünya çempionatının 2017-ci ildə keçiriləcək Bakı mərhələsi üçün ən baha bilet 520 dollara olacaq.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə mərhələnin promouteri Arif Rəhimov məlumat verib.

“Qran-pri üçün bilet satışlarına dekabrın 1-dən başlanacaq, biz bunu tezliklə elan edəcəyik. Ən bahalı bilet 520 dollara olacaq, lakin biz biletləri yerli valyuta olan manatla satacağıq. Ən ucuz bilet 40 dollara başa gələcək”, – deyə Rəhimov bildirib.

Gununsesi.info