
“Forsaj 8” filminin qəhrəmanlarından biri aktyor Vin Dizel çəkiliş zamanı başına gələn ən maraqlı anlardan danışıb.
Gununsesi.info-nun axsam.az-a istinadən verdiyi məlumata görə, Vin jurnalistlərin “Şarliz Teronla öpüşmə səhnəsi haqda nə deyə bilərsiniz” sualına belə cavab verib: “İlk dəfə mənə bu barədə deyəndə, heç düşünmədən razılaşdım. Şarliz də pis öpüşmür. Səhnəni təkrar çəkəndə qətiyyət şikayət etmirdim”.
Dizel öpüşmə səhnəsindən Teronun da razı qaldığını vurğulayıb: “Əlbəttə onun da xoşuna gəlib. Dodaqlar yalan demir. Mən Şarlizi öpəndə bilirdim ki, xoşuna gəlir. Həm də çox”.
Qeyd edək ki, Almaniya və Nyu-Yorkda təqdimatı olan film Bakıda aprelin 13-dən etibarən nümayişə girəcək.
Gununsesi.info