Fotoları Pərvini yenə hədəfə gətirdi

  • By admin
  • 03 İyun 2019 10:32

Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə tənqidlərə məruz qalıb. Gununsesi.org xəbər verir ki, buna səbəb Pərvinin instaqramda paylaşdığı yeni fotolarıdır. 

Aktrisa qarın əzələlərini nümayiş etdirdiyi fotolarını 1 milyona yaxın izləyicisi ilə bölüşüb. Ancaq Abıyevanın sözügedən görüntüsü birmənalı qarşılanmayıb.  Kifayət qədər çəki atan və tamamilə dəyişən Pərvinin sözügedən şəkillərinə 500-ə yaxın rəy yazılıb.

İnstaqram istifadəçiləri aktrisanın son görüntüsünü bəyənməyib. Belə ki, “Pərvinin qabırğaları sayılır”, “Elə bil qocalıbsan”, “Əvvəllər daha yaxşı bədənin var idi”, “Arıqlıq sizə yaraşmır” tipli şərhlər yazılıb.