Fotoları yayılmış 22 tələbə qızı zorlayıblar – HOLLANDİYADA

  • By admin
  • 25 Sentyabr 2016 12:52

371476100ece98b0e66f4d4595ae194a

 

Hollandiyanını “Groningen” universitetində təhsil alan 22 tələbə qız cinsi təcavüzə məruz qalıb. Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, “Vindicat” adlı tələbə dərnəyinin hazırladığı zarafat sujeti ictimailəşdikdən sonra tələbə qızlar müxtəlif səpkili təcavüz halları ilə qarşılaşıb. Belə ki, hər il tələbələrlə bağlı zarafatlar hazırlayan dərnək üzvləri bu dəfə bir qrup tələbə qızın seksual potensialı barədə siyahı hazırlayıb. Həmin siyahı, qızların fotoları və telefon nömrələri daha sonra Groningen şəhərinin bloqunda və digər social şəbəkələrdə yayılıb. Bundan sonra qızlara çoxsaylı telefon zəngləri gəlib. Onların şəkilləri də yayıldığından şəhərin müxtəlif yerlərində qızlar seksual xarakterli təcavüzlə də qarşılaşıblar.

Artıq dərnək rəhbərliyi tələbələrdən və valideynlərindən üzr istəyib. Siyahını hazırlayıb yayan 13 nəfər məsuliyyətə cəlb edilib.

 

 

Gununsesi.info