Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin qarşısını alıb - VİDEO/FOTOLAR

Sumqayıt şəhəri, Corat qəsəbəsində və Yevlax şəhəri, Vidadi küçəsində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.