“Türkiyədə məlum səbəblərdən ötən ilin iyul ayından elan olunan OHAL- fövqəladə rejim vəziyyətinin çox da uzaq olmayan gələcəkdə aradan qaldırılması mümkündür”.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, qeyd edib ki, ötən bir il ərzində də fövqəladə rejim vəziyyəti ilə bağlı nə ölkə vətəndaşlarından, nə də əcnəbilərdən-xarici iş adamlarından narahatlıq duyulduğu barədə məlumat daxil olmayıb:
“Ancaq əgər kimlərsə bundan rahatsızlıq duyublarsa və ya duyarlarsa, desinlər, bunun hətta, təqibçisi mən özüm özüm olacam. Bununla bağlı dövlət-hökumət orqanlarına, əlaqəli yetkililərə məlumat vermənizi istərdim. Hətta, bununla bağlı birbaşa mənə məlumat verin, müraciət edin”.
Ərdoğan eyni zamanda bildirib ki, ötən müddət ərzində, “FETÖ”-yə, PKK-ya qarşı mübarizədə də önəmli addımlar atılıb:
“PKK ilə mücadilədə də önəmli bir məsafə aldıq”.
Türkiyə prezidenti bununla yanaşı deyib ki, terrora qarşı mübarizə də hüquq normaları daxilində aparılır.
Ərdoğan həmçinin, CXP və CXP lideri Kamal Kılıçdaroğlunun 25 günlük “Ədalət!” yürüşünə toxunaraq, növbəti dəfə sərt ifadələr səsləndirib.
“Bunun adı “Ədalət yürüşü” olmaz, “sözdə ədalət” olur”-deyə, Türkiyə prezidenti qeyd edib.
Ərdoğan Türkiyənin inkişaf hədəfinin 2023, 2030, 2053 və 2071 olduğunu da sözlərinə əlavə edib.
“Avropa Birliyi də bizim üçün olmazsa-olmaz deyil”-deyə, Türkiyə prezidenti daha sonra bildirib.
Kamil HƏMZƏOĞLU
Gununsesi.info