Fövqəladə Hallar Nazirliyinin növbəti yardımı Türkiyəyə yola salındı

  • By admin
  • 07 Fevral 2023 10:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınıb.

Gununsesi.info-nun məlumatına görə, yola salınan təyyarələrin heyəti 41 nəfərdən ibarətdir. Onların 34 nəfəri tibbi heyətdir. Əməkdaşların Türkiyənin hansı ərazilərində xidmət göstərəcəklərinə orada qərar veriləcək.

Gununsesi.info