Fövqəladə vəziyyət hələ ləğv edilməyəcək - ÜST rəhbəri

  • By admin
  • 03 Dekabr 2022 20:00

2020-ci ildən bəri COVID-19-la bağlı ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyət kəsb edən fövqəladə vəziyyətin ləğvi vaxtı hələ gəlib çatmayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Biz pandemiyanın fövqəladə fazasının bitdiyini söyləməyə daha yaxınıq, lakin hələ ona çatmamışıq”, – deyə ÜST rəhbəri vurğulayıb.

“Müşahidədə, testləşmədə, sekvenləşdirmədə və vaksinasiyadakı boşluqlar koronavirusun narahatlıq doğuran yeni variantının ortaya çıxması üçün əla şərait yaratmağa davam edir”, – baş direktor xəbərdarlıq edib.

Gununsesi.info