Frank Riberi cərimə zərbəsi hazırlığı edərkən qadın hakimin ayaqqabısının ipini açdı - FOTO

  • By admin
  • 14 Avqust 2017 21:08

bibiana-and-riberyjpg

Almaniya kubokunun 1-ci turu çərçivəsində baş tutan “Kemmitzer” – “Bavariya” matçında maraqlı hadisə baş verib.

Gununsesi.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, “Bavariya”nın fransalı ulduzu Frank Riberi cərimə zərbəzi hazırlığı edərkən qadın hakim Bibiana Steynhausun ayaqqabısının ipini açıb.

Hakim buna görə bir neçə dəfə əli ilə Riberinin kürəyinə toxunub. Fransalı ulduz hakimin sözlü iradlarını isə gülümsəyərək dinləyib.

Qeyd edək ki, matç “Bavariya”nın 5-0 hesablı qələbəsi ilə yekunlaşıb.

Gununsesi.info