Fransa 51 bölgə üçün narıncı həyəcan siqnalı verdi

  • By admin
  • 20 İyun 2021 21:18

Fransada fırtına səbəbiylə 51 bölgə üçün narıncı həyəcan siqnalı verilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, Meteorologiya İdarəsi fırtınaya görə şimşək olacağı, leysan və dolu yağacağı, küləyin sürətinin saatda 100 kilometri keçəcəyini bildirib.

Endr-i-Luara (İndre-et-Loire) əyalətindəki Sen-Nikolya de Burqey (Saint-Nicolas da Bourgueil) şəhərində şiddətli külək üzündən bir kilsənin zəng qülləsi qırılıb, damı uçub.

Turuncu həyəcan siqnalı bölgələri arasında paytaxt Paris və ətraf rayonları yer alır.

Gununsesi.info