Fransa dünyada abort hüququnu konstitusiyasına əlavə edən ilk ölkə olmağa hazırlaşır. Təklif parlamentdə qəbul olunarsa, 1958-ci il konstitusiyasına 2008-ci ildən sonra ilk dəfə yenidən baxılacaq. Dəyişikliyin sonunda konstitusiya qadınların abort hüququna zəmanət verəcək.
Gununsesi.info xəbər verir ki, Fransanın yuxarı və aşağı palatalarından olan deputatlar prezident Emmanuel Makronun çağırışı ilə Versal sarayında abortun konstitusiyaya əlavə edilməsi məsələsini müzakirə etmək üçün xüsusi iclasda görüşəcəklər.
Əgər gözlənildiyi kimi, hökumətin təklifi beşdə üç səs çoxluğu ilə qəbul olunarsa, o zaman ölkənin 1958-ci il konstitusiyasına qadınların abort etmək azadlığını təmin etmək üçün yenidən baxılacaq.
Bu, 1958-ci ildən bəri konstitusiyaya edilən 25-ci, 2008-ci ildən isə ilk düzəliş olacaq.
Sorğular göstərir ki, fransızların təxminən 85 faizi islahatları dəstəkləyir.
Müxalifət Makronu seçki məqsədləri üçün konstitusiyanın dəyərini azaltmaqda ittiham edir.
Tənqidçilər düzəlişin səhv olmadığını, lakin gərəksiz olduğunu deyir və zəifləmiş prezidentin bu işdən “solçu etimadlarını gücləndirmək” və “aborta qarşı müqaviməti aradan qaldırmaq” üçün istifadə etməyə çalışdığını deyirlər.
Gununsesi.info