Fransa AES-in fəaliyyətini dayandırır

  • By admin
  • 19 Fevral 2020 14:49

Fransa hökuməti Almaniya sərhədində yerləşən ölkədə ilk tikilən Fessenheim Atom Elektrik Stansiyasını (AES) hər iki reaktorunun fevralın və iyun ayının sonunda bağlanacağını açıqlayıb.

Gununsesi.org-un “France info”ya istinadən verdiyi xəbərə görə, hökumətin sərəncamında göstərilir ki, bu hadisə 2022-ci ilədək ölkədəki kömür elektrik stansiyalarının bağlanacağı ilə bağlı zərərli tullantıların azalacağı bir vaxtda nüvə və bərpa olunan enerji mənbələri arasında tarazlığa nail olmağı nəzərdə tutan Fransanın enerji strategiyasını həyata keçirməkdə ilk addımdır.

Qeyd edək ki, 1977-ci ildən fəaliyyət göstərən Fessenheim AES-in bağlanması məsələsi 2011-ci ilin mart ayında 7,2 maqnitudalı seysmik ərazidə yerləşdiyi üçün yerli qurumlar tərəfindən qaldırılmış, yaxınlıqda yerləşən İsveçrənin üç kantonu da seysmik təhlükəsizlik baxımdan stansiyanı bağlamağın zəruri olduğu barədə Fransa höklumətinə müraciət etmişdi. Sonra Franş-Komte Məhəlli Şurası stansiyanın bağlanması lehinə səs vermişdi. Avropa Parlamentinin Yaşıllar qrupu da məsələni Avropa Komissiyası qarşısında qaldırmışdı.

Gununsesi.org