
Fransada modellik sənəti ilə məşğul olanlarla bağlı yeni qanun qəbul edilib.
Kult.az xəbər verir ki, yeni qanuna görə, bədən ölçüsü normal çəkidə olmayan, tibbi standartlara cavab verməyən şəxslər bu sahə üzrə çalışa bilməyəcək.
Belə ki, ölkədə model sənətinin daşıyıcıları səhhətinə görə müəyyən müddətdən bir həkim müayinəsindən keçməlidir. Onların çəkisi bədənin çəki indeksinə uyğun, 18,5-dən az olmamalıdır. Həkimdən alınan müvafiq arayışın 2 il ərzində qüvvədə olacağı da qeyd edilib.
Qanuna əməl etməyənləri isə 6 aya qədər həbs və 75 min avro məbləğində cərimə gözləyir.
Gununsesi.info