Fransa Bakı metrosunun yenidən qurulması işində iştirak etmək istəyir

  • By admin
  • 26 Aprel 2017 20:07

img-3004-1

 

“Fransa Azərbaycanda metronun yenidən qurulması işində əməkdaşlıqda maraqlıdır”.

APA-nın məlumatına görə, bunu Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin kontinental Avropa idarəsinin rəisi Florans Manjən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşü zamanı deyib.

O qeyd edib ki, ölkəsi Şimal-Cənub və Şərq-Qərb dəhlizi layihələrində iştirak etməkdə, habelə hava nəqliyyatı sahəsində əməkdaşlığa maraq göstərir.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında geniş müzakirələr aparılıb.

 

Gununsesi.info