Fransa BMT TŞ üzvlərinin sayını 25-ə çatdırmağa çağırıb

  • By admin
  • 26 Noyabr 2019 09:17

BMT Təhlükəsizlik Şurası üzvlərinin sayını 25 dövlətə qədər artırmaq mümkündür.

Gununsesi.org “Report”-a istinadən xəbər verir ki, bu barədə Fransanın BMT yanında daimi nümayəndəsi Nikolya de River beynəlxalq təşkilatın Baş Assambleyanın tribunasındakı çıxışında deyib.

“Fransa şuranın tərkibinin daimi və qeyri-daimi üzvlər hesabına genişləndirilməsini dəstəkləyir. Fransa həmçinin Təhlükəsizlik Şurasının yeni daimi üzvləri kimi Almaniyanın, Braziliyanın, Hindistanın və Yaponiyanın namizədliklərini dəstəkləyir. Biz həmçinin Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri arasında Afrika ölkələrinin olmasını dəstəkləyirik”, – de River deyib.

Gununsesi.org