Fransa demokratik ideyaları məhv edir - Səməd Seyidov

  • By Mina
  • 18 Aprel 2024 16:56

“Bu gün Fransanın ən böyük cinayətlərindən biri ondan ibarətdir ki, demokratik ideyaları məhv edir. Faktiki olaraq demokratiya uğrunda mübarizəni heçə endirmək cəhdini və heçə endirərək bu dəyərləri ucuzlaşdırdı”.

 

Gununsesi.info xəbər verir ki, bu barədə  Milli Məclisdə keçirilən “Yeni Kaledoniya: Tarix, Müasir çağırışlar və Gözlənilən Gələcək” mövzusuna həsr edilmiş elmi konfransda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

“Heç vaxt bir həqiqəti yaddan çıxarmalı deyilik. Tarixdə unikal hadisələr baş verir. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi regional yox, dünya səviyyəli hadisədir”.

Gununsesi.info