Fransa hakimiyyəti Pavel Durovun qardaşı Nikolay və Telegram-ın vitse-prezidenti İlya Perekopskini Parisə gəlməyə məcbur edir.
Gununsesi.info xəbər verir ki, bu barədə Shot Telegram kanalının məlumat yayıb.
Bildirilir ki, onların Fransa istintaqı ilə əməkdaşlığı messencerin təsisçisi ilə bağlı vəziyyətin həllini sürətləndirə bilər.
Məlumata görə, sahibkarın ötən gün razılaşdığı tərəfdən hüquq-mühafizə orqanlarına kömək göstərməsi məhkəmə nəzarətinin yumşaldılmasına səbəb ola bilər.
İstintaqın özü ən azı bir il çəkə bilər. Prosesi sürətləndirməyin yalnız bir yolu var: iş üzrə digər təqsirləndirilən şəxslər Parisə gəlib ifadələrini verməlidir.
Ancaq Nikolay Durov və İlya Perekopskinin Pavelə kömək etmək üçün azadlıqlarını riskə atmağa hazır olub-olmayacağı məlum deyil.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.
Günay
Gununsesi.info