Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilmədi - İLHAM ƏLİYEV

  • By admin
  • 22 Noyabr 2022 00:06

Frankofoniya sammitində baş verənlərə Azərbaycan Prezidenti İlham Əliyev də noyabrın 21-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) 30 illiyi ilə bağlı tədbirdəki çıxışında münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, ölkə başçısı vurğulayıb ki, bu yaxınlarda Frankofoniya təşkilatı çərçivəsində Azərbaycana qarşı çirkin təxribat planlaşdırılıb: “Bu təxribatın müəllifi Fransa idi və Fransa da Ermənistana indi himayədarlıq edir”.

Prezidentin sözlərinə görə, orada hazırlanmış qətnamənin ilkin variantı sırf anti-Azərbaycan tezisləri üzərində qurulub və həqiqətə tam zidd idi: “Frankofoniya təşkilatında olan dostlarımızın, – onları biz yaxşı tanıyırıq və onlar da, sözün əsl mənasında, dostlarımızdır, – səyi nəticəsində bütün anti-Azərbaycan tezisləri oradan çıxarıldı. Fransa-Ermənistan tandemi bu imkandan da istifadə edə bilməmişdir. Yəni, bu, onu göstərir ki, bizim beynəlxalq təşkilatlardakı nüfuzumuz və beynəlxalq müstəvidə apardığımız siyasət təqdir edilir. Çünki biz hər bir işə hər zaman məsuliyyətlə yanaşırıq”.

 

Mais

Gununsesi.info