Fransa hədiyyə tələb edir: "Azadlıq heykəlini geri verin"

  • By Admin2
  • 17 Mart 2025 10:36

Ukraynayönlü fransalı siyasətçi ABŞ-ın müharibə ilə bağlı mövqeyini tənqid edib və Azadlıq heykəlinin geri qaytarılmasını tələb edib. Nyu Yorkda yerləşən heykəl azadlıq və Amerika Birləşmiş Ştatlarının simvoludur.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın qatı müdafiəçilərindən olan fransız siyasətçi Raphael Glucksmann, partiyasının qurultayındakı çıxışında ABŞ-ın dəyərlərə münasibətini tənqid edərək, ABŞ-ın dəyərlərə münasibətinin dəyişdiyini deyib.

“Azadlıq heykəlini bizə geri verin” deyən Qluksmann AFP-nin verdiyi məlumata görə, “Biz zalımların tərəfini seçən, elmi azadlıq tələb edən tədqiqatçıları işdən çıxaran amerikalılara deyəcəyik: “Bizə Azadlıq Heykəlini geri verin”.

Çıxışı boyu qəzəbini yayan fransız siyasətçi, “Bunu sənə hədiyyə etmişik, amma deyəsən, nifrət edirsən. deyib.

Qeyd edək ki, Fransa 1884-cü ildə iki ölkə arasındakı müttəfiqliyi xatırlamaq üçün ABŞ-a Azadlıq Heykəlini hədiyyə etdi. Heykəl sökülərək Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus Isere gəmisinə daşınıb. Bütün strukturun tikintisi 1886-cı ildə tamamlandı.

Nyu-Yorkda yerləşən heykəl o vaxtdan bəri azadlığın və ABŞ-ın simvoluna çevrilib.

 

Orxan

Gununsesi.info