Fransa HƏMAS-ın liderlərindən biri olan Yahya Sinvarın aktivlərinin dondurulduğunu elan edib.
Gununsesi.info report-a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
“Yahya Sinvarın sahib olduğu və ya ona nəzarət etdiyi vəsaitlər, iqtisadi resurslar dondurulur”, – telekanal bildirib.
Qeyd edilib ki, Y.Sinvarın aktivlərinin dondurulması altı ay müddətinə tətbiq edilir.
Gununsesi.info