Fransa İŞİD-ə vergi verib

  • By admin
  • 22 İyun 2016 14:03

vergi

 

“Fransanın “Lafarge” sement şirkəti İŞİD-dən neft və başqa neft məhsulları satın alıb”. Gununsesi.info xəbər verir ki, bu haqda Fransanın “Le Monde” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına əsasən, bu şirkət 2010-cu ildən Suriyanın şimalında Celabiye bölgəsində sement zavodu tikib. Bu müəssisənin illik istehsal həcmi 2,6 milyon ton semendir. Neft sahəsi istisna olmaqla bu, Suriyaya qoyulan ən böyük sərmayə sayılır.

Xəbərdə bildirlib ki, 2013-cü ildə bölgə İŞİD-in nəzarəti altına keçdikdən sonra zavodun fəaliyyət göstərməsi üçün şirkət terrorçu qruplaşmaya vergi ödəməyə başlayıb.

İnformasiyaya əsasən, 2014-cü ildə İŞİD “Lafarge”dən gəlirinin 15 faizini vergi olaraq, tələb edib. Şirkət bunu rədd etdikdən sonra terrorçular zavodu müsadirə edib.

Məlumata görə, bölgə hazırda terrorçu PKK qruplaşmasının Suriyadakı qolları “PYD” və “YPG”nin nəzarəti altındadır. May ayında ABŞ əsgərləri “PYD” və “YPG” rəmzləri ilə zavodun ətrafında görünüb.

Qəzet yazıb ki, şirkət rəhbərliyi məsələ ilə bağlı hələ heç bir açıqlama verməyib.(Report)