Fransa Jak Şirakla vidalaşır

  • By admin
  • 29 Sentyabr 2019 18:52

Fransanın mərhum prezidenti Jak Şirakla Parisdəki Əlillər sarayında (Les İnvalides) vida mərasimi başlayıb. 

Gununsesi.org xəbər verir ki, fransızların vida mərasiminə axını nəzərə alınaraq, Əlillər Sarayı sentyabrın 30-u səhər saat 6-dək ictimaiyyətə açıq olacaq. Vida mərasiminə gələnlərə mərhum prezidentin ailəsi onun haqqında hazırladıqları kiçik kitabçaları hədiyyə edirlər.

Vida mərasiminə 30-dək ölkənin dövlət və hökumət başçısı qatılacaq. Sentyabrın 30-da səhər saat 9:30-da Əlillər Sarayı qarşısında hərbi vida mərasimindən sonra mərhum prezidentin tabutu Sən-Sülpis kilsəsinə aparılacaq. Orada sabiq prezidentin ailə üzvləri və yaxınları mərhumla vidalaşacaq.



 

 

Gununsesi.org