Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabionun yeni klubu müəyyənləşib.
Gununsesi.info xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsinin “Marsel” klubu ilə anlaşıb.
O, Liqa 1 təmsilçisində 25 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, A.Rabio ötən mövsüm A Seriyasında “Yuventus”un heyətində 31 oyun keçirib, 5 qola və 3 məhsuldar ötürməyə imza atıb.
Gununsesi.info