Fransa “Miraj”ları Kiyevə göndərir

  • By Admin2
  • 08 Oktyabr 2024 15:56

Fransa “Miraj 2000” qırıcılarını Ukraynaya təhvil verməyi planlaşdırır.

Gununsesi.info xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib.

Onun sözlərinə görə, təyyarələr çatdırılmazdan əvvəl ən müasir avadanlıqlarla təchiz ediləcək:

“Modernləşdirilmiş təyyarə 2025-ci ilin birinci yarısında təhvil verilməyə hazır olmalıdır. Modernləşdirilmə işləri Jirondakı Kazo aviabazasında aparılır”.

Gununsesi.info