Fransa müstəmləkəçiliyi altında yaşayan xalqların təmsilçilərinin Korsikada iki günlük beynəlxalq konfransı keçirilib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, “Nazione” hərəkatının təşkilatçılığı ilə keçirilən konfransda müstəqillik hərəkatlarının təmsilçiləri Fransanın işğalı altında olan müstəmləkələrin qarşılaşdığı problemləri çatdırıblar.
Müzakirələrdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən başlayaraq dekolonizasiya prosesinin dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqət mərkəzinə gətirildiyi xüsusi vurğulanıb.
Fransanın işğal altında saxladığı ərazilərdə kütləvi şəkildə insan hüquq və azadlıqlarını pozduğu, insanların fundamental hüquqlarına hörmət etmədiyi bir daha vurğulanıb və bu kimi qeyri-qanuni fəaliyyətlər qınanıb.
Tədbir iştirakçıları Fransa hökumətinə çağırış edərək, beynəlxalq öhdəliklərinə əməl etməsi tələb olunub.