Fransa NATO-nu tərk etməyəcək

  • By admin
  • 18 Fevral 2022 13:34

“Fransa NATO-nu tərk etməməlidir, çünki bu təşkilat indi Ukraynada olduğu kimi münaqişəli vəziyyətlərdə dəyərlidir və ölkə alyansda söz sahibi olmalıdır”.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Florens Parli deyib.

“Hazırda gərginlik zonası Avropanın mərkəzindədir, bu, bizə soyuq müharibə dövründə mövcud olan münaqişə rejimini xatırladır, ona görə də hesab edirəm ki, NATO-nun öz faydalılığı və dəyəri var. Biz müttəfiqik, həm maliyyə, həm də hərbi töhfəmizi veririk, amma söz sahibi olmadan töhfə veririk. Əgər ittifaqdan çıxsaq, yaxşı olmayacaq, Fransanın NATO-da səsinin eşidilməsi vacibdir”,- deyə nazir vurğulayıb.

Gununsesi.info