
Yaxın Şərqdə gərginlik addım-addım artdıqca, Fransa öz vətəndaşlarına Livana səfər etməmələri barədə xəbərdarlıq edib.
Bununla bağlı Fransa Xarici İşlər Nazirliyinin internet saytında səyahət xəbərdarlığı bölməsinə Livanla bağlı yeni açıqlama əlavə edilib.
Gununsesi.info – xarici mətbuata istinadən xəbər verir ki, bəyanatda Fransa vətəndaşlarına Yaxın Şərqdə gərginliyin artması riski və bölgədəki qeyri-sabit təhlükəsizlik əsas gətirilərək, fransa vətəndaşlarına Livana səyahət etməmələri tövsiyə edilib.
İyulun 27-də İsrailin işğalı altında olan Golan Təpələrindəki Mecdel Şəms qəsəbəsində futbol meydançasına raket atılması nəticəsində aralarında uşaqlar olmaqla, 12 nəfərin həyatını itirdiyi, 17-si ağır olmaqla, 35 nəfərin yaralandığı açıqlanıb.
Günel
Gununsesi.info