Fransa Senatı miqrant və qaçqınların problemlərini həll edən mübahisəli qanun layihəsini müzakirə edir.
Gununsesi.info xəbər verir ki, fransalı senatorlar, xüsusilə, qanun layihəsinin dövlət tibbi yardımdan məhrum edilməsini nəzərdə tutan maddəsini dəstəkləyiblər. Bu maddə ölkədə yaşamaq icazəsi olmayan şəxslərin pulsuz müalicəsinin ləğvini nəzərdə tutur. Fransa Senatının üzvlərinin əksəriyyəti bu təşəbbüsü dəstəkləyib.
Bundan sonra qanun layihəsinə əsasən, ölkədə yaşamaq icazəsindən məhrum edilmiş şəxslər fövqəladə hallar istisna olmaqla, dövlət tərəfindən təmin edilən pulsuz müalicə hüquqlarından yararlana bilməyəcəklər.
Fransa Senatı bu həftənin əvvəlində immiqrasiya qanun layihəsini müzakirə etməyə başlayıb.
Qanun layihəsinə Senatda baxıldıqdan sonra onun yenidən Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) göndəriləcəyi gözlənilir. Qanun layihəsinin ilin sonunadək yekunlaşdırılması və həyata keçirilməsi planlaşdırılır.
Gununsesi.info