
Martın 13-dən cümə axşamına keçən gecə fransalı deputatlar Avropa İttifaqı və Aİ ölkələrini Rusiyanın dondurulmuş aktivlərini dərhal müsadirə etməyə və Ukraynaya hərbi dəstək və ölkənin bərpası üçün istifadə etməyə çağıran qətnamə qəbul ediblər.
Gununsesi.info xəbər verir ki, bir neçə saatlıq müzakirələrdən sonra yekun sənəd Milli Assambleyanın 288 üzvü tərəfindən dəstəkləndi, 54-ü əleyhinə səs verdi – əsasən erkən atəşkəsə çağıran və “nüvə gücü” Rusiya ilə münasibətlərdə gərginliyi artırmamağa çağıran ifrat sol qüvvələrin nümayəndələri.
Avropa İttifaqı Rusiyanın 200 milyard avrodan artıq maliyyə vəsaitini dondurub.
Orxan