Fransada yenidən başlayan “sarı jiletlilər”in aksiyasında 264 nəfər tutulub.
Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, onlardan 173-ü Parisdə saxlanılıb. Bu barədə Fransa Daxili İşlər Naziri (DİN) Kristof Kastaner bildirib.
Qeyd edək ki, Fransada “sarı jiletlilər” aksiyası 2018-ci ilin 17 noyabrından başlayıb. Mitinqçilər yanacağın və benzinin qiymətinin qalxmaasına etiraz edirlər.
Daha sonra onların sosial tələbləri də irəli sürülüb.