Fransa – Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib

  • By ilhame
  • 25 İyun 2024 22:38

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Fransa – Polşa matçının ən yaxşı futbolçusu müəyyənləşib.

 

Gununsesi.info UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, polşalı qapıçı Lukaş Skorupski qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

 

Qolkiper görüşdə 7 dəfə komandasını qoldan xilas edib. Oyun isə heç-heçə yekunlaşıb – 1:1.

 

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Gununsesi.info