Avropa Şurası Parlament Assambleyasının bu gün keçirilən iclasına Fransa prezidenti Emmanuiel Makron qatılıb.
Gununsesi.org-un əməkdaşının Strasburqdan verdiyi xəbərə görə, Makron sessiyada çıxş edib.
O, bildirib ki, bu qurumda təmsil olunan ölkələr eyni dəyərləri bölüşür.
Bununla belə Makron quruma üzv ölkəlırin öhdəlikləri olduğunu deyib.
Onun sözlırinə görə, bu öhdəlikləri pozan dövlətlər buna sadiq olmalıdır.
Fransa prezidenti Rusiya nümayəndə heyətinin AŞ PA da səsvermə hüququnun bərpa olunmasına görə tənqidlərə də toxunub.
O, deyib ki, bununla bağlı qərar doğrudur:
“Biz birgə olmalıyıq və Rusiya kimi bütün üzv ölkələrin də Avropa Şurası qarşısında öhdəlikləri var. Rusiyanın yenidən geri gəlməsi o deməkdir ki, rus xalqı Avropa İnsan Haqları Məhkəməsində özünü müdafiə olunmaq istəyir”.
Pərviz Həşimli
Fransa/ Strasburq
Gununsesi.org