Fransa Prezidenti Azərbaycan dilində paylaşım edib

  • By admin
  • 16 Dekabr 2021 16:51

Fransa Prezidenti Emmanuel Makron feysbukdakı hesabında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, o, Azərbaycan dilində status yazıb:

HTML tutorial

“Biz davamlı sülh üçün həll yolları tapmalıyıq. Dünən axşam Prezident Əliyevlə, sonra da Baş nazir Paşinyanla birgə irəlilədik”, – paylaşımda bildirilib.

Qeyd edək ki, dekabrın 15-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş keçirilib.

Gununsesi.info