Fransa Prezidenti Emmanuel Makrona cinayət işi açıldı – "Qohumbazlıq", büdcədən "qrant silmə" ittihamları...

  • By admin
  • 26 Noyabr 2022 14:38

Fransa məhkəməsi mediada “MacronLeaks” və “McKinsey skandalı” olaraq adlandırılan rüşvət iddialarının ardından iki ayrı təhqiqat işi açaraq Prezident Emmanuel Makronun qazandığı iki seçki kampaniyasına aid hesabları araşdırmağa başlayıb.

 

Gununsesi.info “voanews”a istinadən xəbər verir ki, Fransa Maliyyə Cinayətləri Məhkəməsi Prokurorluğu (Le Parquet National Financier – PNF) məsləhətçi firmaların 2017 və 2022-ci il seçki kampaniyalarına müdaxiləsi ilə bağlantılı olaraq oktyabr ayında 2 məhkəmə araşdırması başlatdığını bildirdi.

PNF-in nüvəsində olan 3 təhqiqat hakimi Emmanuel Makronun 2017 və 2022-ci ildəki zəfərlə nəticələnən seçkilərini analiz edəcək. Prokurorluqdan edilən açıqlamaya görə araşdırmada “Prezident Makron və heyətinin daha öncə haqlarında vergi qaçaqmalçılığı səbəbi ilə cinayət işi açılan Amerika məsləhət firmasını McKinsey ilə olan münasibətləri və ictimai qrantları vermə şərtləri”ni araşdıracaq.

Mətbuata açıqlamasında Makronun adını açıq şəkildə bildirməyən prokurorluq “seçilmiş yetkililər və adamlardan gələn çoxlu sayda hesabat və şikayətin ardından 20 oktyabr 2022-ci ildə, özəlliklə kampaniya hesablarının uyğunsuz tutulması və bir kampaniya hesabındakı mühasibat ünsürlərinin az göstərilməsi kimi iddialar haqqında 2017 və 2022-ci il seçki kampaniyalarına məsləhət firmalarının ümdaxilə şərtlərinə aid təhqiqat” açıldığını bildirdi

Prokuroqluq, ayrıca yeni seçilmiş yetkilər və dərnəklərdən gələn bir neçə şikayətin ardında 2022-ci ilin 21 oktyabrında “qohumbazlıq”, “qohumbazlığı gizlətmə” və “tərəfkeşlik” cinayətlərindən təhqiqat işinin açıldığını bildirir. 

Senat hesabatındakı təsbitlər

Fransa Senatının “Emmanuel Makronun işə başlamasından bu yana məsləhət firmalarına dövlət tərəfindən edilən müraciətlərin çoxaldığını” təsbit etməsinin ardından ortaya çıxan McKinsey skandalı Senatda qurulan bir araşdırma heyəti tərəfindən də mövzu olmuşdur. Komissiya heyəti hesabatında “məsləhət firmalarının dövlət üzərindəki artan təsirlərinin araşdrılmasını” istəmişdi.

Yayımlanan hesabata görə, dövlət tərəfindən 2018-2022-ci illər arasında məsləhət firmalarına 1 milyard avronun üzərində ödəmələr edilib. Bu miqdar 2018-ci ilə qədər edilən xərcləmələrin 2 qatından daha çox artırılması deməkdir.

Ancaq araşdırmalarla bağlı prokurorluğun açıqlamadığı bir nüans var: Prezident “cəza toxunulmlazlığı” maddəsi ilə qorunur.

Məhkəmənin hakimləri Makronun bu iddialar haqqında açıqlama etməsinin lazım olduğuna qərar versə belə, Makronun iqtidardakı ikinci dönəmini tamamlamasını gözləmək məcburiyyətindədirlər.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info