Fransa prezidenti Fələstin dövlətinin tanınmasından danışdı

  • By admin
  • 17 Fevral 2024 09:11

Fransa prezidenti Emmanuel Makron və İordaniya kralı II Abdullah Parisdəki Yelisey sarayında birgə mətbuata bəyanatla çıxış ediblər.

Gununsesi.info-nun xəbərinə görə, Makron bildirib ki, Fələstin dövlətinin tanınması onun ölkəsi üçün “tabu deyil”.

Makron qeyd edib ki, Yaxın Şərqdə iki dövlətli həll və Fələstin dövlətinin yaradılması region üçün yeganə həll yoludur.

Emmanuel Makron bildirib ki, onların prioritetləri regionda atəşkəsi təmin edəcək razılaşma əldə etməkdir.

“Belə atəşkəslə mülki əhalinin təhlükəsizliyi təmin edilməli və Qəzzaya humanitar yardımlar çatdırılmalıdır”, – Fransa prezidenti vurğulayıb.

Makron əlavə edib ki, İsrailin Qəzzaya hücumları nəticəsində çox sayda insan itkisi qəbuledilməzdir.

Gununsesi.info