Fransa prezidenti Makron İrəvana niyə gedir? – VİDEO

Fransa Prezidenti Emmanuel Makronun yaxın zamanlarda İrəvana səfəri planlaşdırılır.

Səfərin təşkili üçün fəal iş aparıldığı və bunun əməkdaşlığın inkişafında vacib təkan olacağı vurğulanır. Aydındır ki, Fransa lideri gələn il keçiriləcək prezident seçkilərində qələbə qazanmaq üçün müxtəlif cəhdlər edir. Belə olan halda, bundan öncə yerli seçkilərdə də ağır məğlubiyyətə uğrayan Makronun İrəvana erməni lobbisinin dəstəyini qazanmaq məqsədilə səfər edəcəyinə şübhə yeri qalmır.

HTML tutorial

Ekspertlərə görə, regional seçkilərdə cəmi 7 faiz səs toplayan və siyasi səhnədən kənarlaşdırılmaq təhlükəsi ilə üz-üzə qalan Makronun erməniyönümlü siyasəti də uğursuzluqla nəticələnəcək.

Nəzərə alaq ki, ermənilərə lobbiçilik edən qüvvələrin regionda öz geosiyasi və geoiqtisadi maraqları var. Bu maraqlar isə Cənubi Qafqazda gərginliyin saxlanması çərçivəsində uzlaşır. İstisna deyil ki, münasibətlərə xələl gətirməmək üçün erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altında olan Makronun səfəri həm də bölgədə stabil sülhün əldə edilməməsinə yönəlik addımların atılacağına hesablanıb.

Reallıq ondan ibarətdir ki, Qarabağ münaqişəsi bitib. Gündəmdə ancaq Qarabağın bərpası, kommunikasiyaların açılması kimi məsələlər var. Yəni Azərbaycan Cənubi Qafqazda dayanıqlı və uzunmüddətli sülhün tərəfdarı kimi çıxış edir. Regional oyunçuların regionda həqiqi və sabit sülhün bərqərar edilməsində maraqlı olub-olmamasından asılı olmayaraq.

Gununsesi.info