
Fransa prezidenti Emmanuel Makron ölkəsinin futbol komandasını dünya çempionatının yarımfinal oyununda izləmək üçün Rusiyaya gələcək.
Gununsesi.info “Frans-Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbə bildirib.
Xatırladaq ki, oyun iyulun 10-da Moskvada keçiriləcək.
Daha öncə bildirilirdi ki, Avropa İttifaqı ölkələrinin liderlərindən heç biri Rusiyaya futbol üzrə dünya çempionatına gəlməyəcək.