Fransa prezidentinin nə qədər borcu var? - FAKTURA YELİSEY SARAYINA GÖNDƏRİLİB

  • By admin
  • 24 Avqust 2017 17:36

makron

Fransa prezidenti Emmanuel Makronun xüsusi vizajisti Nataka adlı şəxs 10 və 16, ümumilikdə 26 min avro dəyərində iki ayrı fakturanı Yelisey sarayına göndərib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Fransanın nüfuzlu “Le Point” (Nəzər nöqtəsi) jurnalı yazıb.

Belə ki, Yelisey sarayı faktı təsdiqləyərək, bildirilib ki, Fransanın sabiq prezidenti Fransua Ollanddan fərqli olaraq, E.Makronun özünün xüsusi vizajisti və bərbəri yoxdur:

“Amma Fransanın sabiq prezidenti Fransua Ollandın xüsusi vizajisti və bərbəri olub. Ollandın bərbəri ayda 10 min, vizajist isə 6 min avro maaş alırdı”.

Anar

Gununsesi.info