Fransa Qabondakı hərbi çevrilişi qınadı

  • By admin
  • 30 Avqust 2023 16:27

Fransa hökumətinin sözcüsü Olivier Veran Nazirlər Kabinetinin toplantısından sonra mətbuat toplantısı keçirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Olivier Veran açıqlamsında Fransanın Qabonda sahədəki durumun gedişatını yaxından izlədiyini bildirib.

Veran “Fransa Qabonda davam etməkdə olan hərbi çevrilişi qınayır”, deyib.

Sözcü ölkəsinin Qabondakı Prezidentlik seçkilərinin nəticələrinin yerinə yetirilməsini istədiyini bildirib.

Fransanın Qabondakı səfirliyi sosial media üzərindən Qabonda davam edən olaylardan dolayı, bu ölkədəki fransız vətəndaşlarına evlərində qalmalarına çağırış edib.

Tərcümə: Arzu

Gununsesi.info