Fransa Maliyyə Nazirliyi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində dondurulmuş 23,7 milyard avro və ya 25,6 milyard ABŞ dolları dəyərində Rusiya aktivlərinin ətraflı siyahısını açıqlayıb.
Gununsesi.info “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə CNN Fransa hökumətinin rəsmi məlumatlarına istinadla məlumat yayıb.
“Dondurulmuş aktivlərin əsas hissəsi Rusiya Mərkəzi Bankının aktivləridir, onun dəyəri 22,8 milyard avro təşkil edir”, – nəşr qeyd edib.
Bundan əlavə, “qara siyahı”ya Fransa Rivierasındakı Antibes, Saint-Jean-Cap-Ferrat və Saint-Tropez kimi nüfuzlu kurortlart mərkəzləri də daxil olmaqla, ümumi dəyəri 573,6 milyon avro olan 33 əmlak daxildir. Bank aktivləri, üç yaxta, altı helikopter və 7 milyon avro dəyərində üç sənət əsəri də bloklanıb.
Fevralın 24-də Kremlin Ukraynaya qarşı genişmiqyaslı təcavüzündən sonra dünya Rusiyaya qarşı görünməmiş sanksiyalar və ixrac məhdudiyyətləri tətbiq edib.
Gununsesi.info