Fransa səfiri ADA-nın tələbələri ilə görüşüb

Fransanın Azədbaycandakı yeni səfiri Sofi Laqut ADA Universitetinin tələbələri ilə görüşüb.

Gununsesi.info-nun xəbərinə görə, görüş zamanı Fransa–Azərbaycan münasibətləri, qlobal və regional səviyyədə mövcud çağırışlar, əməkdaşlıq perspektivləri və diplomat peşəsi kimi çox müxtəlif mövzular müzakirə olunub.

Səfirlik, həmçinin açıqlamasında bildirib:

“Tələbələrin diqqətinə, çox dəyərli suallarına və yüksək səviyyəli dialoqa görə onlara böyük təşəkkürümüzü bildiririk”.

Firuzə
Gununsesi.info