Fransa səfiri: “Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir”

  • By admin
  • 21 İyun 2016 13:18

Ambassador of France to Armenia Jean-Francois Charpentier gave a press conference at the Media Centre

Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir. Gununsesi.info “news.am” saytına istinadən xəbər verir ki, bu fikri bu gün Fransanın Ermənistandakı səfiri Jan Fransua Şarpantye keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiyanın Sankt Peterburq şəhərində Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən görüşdən başqa bir görüşün də keçirilməsi gözlənilir. Belə bir görüşlərin Fransa tərəfinin təşəbbüsü ilə keçirilməsinin mümkünlüyü ilə bağlı suala cavabında isə səfir yayınaraq “niyə də yox” cavabını verib. “Hazırda əlavə edə bilərəm ki, Sankt-Peterbuqrda keçirilmiş görüş formatından başqa görüşlərin keçrilməsi gözlənilir. Fransaya gəlincə, biz həmişə Qarabağla bağlı Fransada görüşün keçirilməsinə hazırlığımızı və istəyimizi ifadə etmişik”, – deyə səfir qeyd edib.

HTML tutorial