Fransa səfirindən Daşaltı hadisəsi ilə bağlı paylaşım

  • By admin
  • 10 Dekabr 2021 10:48

Fransanın Azərbaycandakı səfiri Zakari Qross dünən Şuşada mina partlayışı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, fransalı səfir rəsmi tviter hesabındakı paylaşımında bildirib:

HTML tutorial

“Fikrim bu gün Daşaltıda mina partlaması nəticəsində həlak olan iki mülki şəxsin ailələrinin yanındadır”.

Qeyd edək ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində iki mülki şəxs minaya düşüblər. Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Gununsesi.info