Fransa şərabının ixracı son 20 ilin ən aşağı səviyyəsinə düşdü

Fransız şərabı və güclü spirtli içkilərin ixracı son iki onilliyin ən aşağı səviyyəsinə enib.

Bu Gununsesi.info barədə xarici mediaya istinadən xəbər verir.

Xüsusilə Çinə və ABŞ-a tədarüklər təxminən 20 faiz azalıb.

Məlumata görə, ixracdakı geriləmənin əsas səbəbləri sırasında Pekinin Avropa konyakına qarşı tətbiq etdiyi antidempinq tədbirləri və ABŞ-da Donald Tramp administrasiyası dövründə qüvvəyə minən idxal rüsumları yer alır.

Pul ifadəsində də azalma tendensiyası müşahidə olunur. Belə ki, Fransanın şərab və spirtli içkilər ixracından əldə etdiyi gəlirlər 2022-ci ildən etibarən ardıcıl şəkildə azalır.

 

Gununsesi.info