“Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fransanın Azərbaycandakı səfiri xanım Sophie Lagoutte onun məzarını ziyarət edərək xatirəsini yad edib”.
Gununsesi.info bildirir ki, bu barədə Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Bu addım Fransa ilə Azərbaycan arasında tarixi əlaqələrin əhəmiyyətini bir daha xatırladır. Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 21 fevral 1992-ci ildə qurulub.
Bu münasibətlərin rəmzi olaraq, Heydər Əliyev 1993-cü ilin dekabr ayında Fransa Prezidenti François Mitterrandın dəvəti ilə xaricə ilk rəsmi səfərini Fransaya edib. Həmin tarixi görüş zamanı Fransa ilə Azərbaycan arasında ilk Dostluq Müqaviləsi və Yeni Avropa üçün Paris Xartiyası imzalanıb” deyə açıqlamada bildirilir.
Firuzə
Gununsesi.info











