Azərbaycan Fransanın “humanitar yükü”nü sərhəddən buraxmadı - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 30 Avqust 2023 19:58

Məlum olduğu kimi, Fransa Azərbaycana qarşı növbəti dəfə təxribata əl ataraq Qarabağa “humanitar yük” göndərib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan tərəfi ilə razılaşdırılmayan bu addımın qarşısı Laçın sərhəd-buraxılış məntəqəsində alınıb.

Nəticədə Fransanın “humanitar yükü” Azərbaycan ərazisinə buraxılmayıb.

Məsələ burasındadır ki, Azərbaycanın hər hansı bölgəsində humanitar böhran yaşanmır və bununla bağlı heç bir ölkəyə müraciət də olunmayıb.

Qeyd edək ki, bu gün Parisin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan “humanitar yük”lə dolu 10 maşın Laçın sərhədinə gəlib.

12:54

Fransanın Qarabağda yaşayan ermənilərə göndərdiyi 10 yük maşınından ibarət “humanitar” yardım karvanı artıq Azərbaycan-Ermənistan şərti sərhədindədir.

Bu barədə Qarabağa ezam olunmuş hərbi müxbir Fərdin İsazadə məlumat verib.

Ətraflı Baku TV-nin canlı yayımında:

11:23

Fransa da Qarabağ ermənilərinə humanitar yardım göndərib.

Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu gün 10 yük avtomobili İrəvandan Sünik vilayətinin Kornidzor kəndinə doğra yola düşüb.

Ermənistan mediası, həmçinin avtomobillərin İrəvanda Respublika Meydanından yola düşməsinin görüntülərini yayıb.

Bildirilir ki, humanitar yüklə birgə Parisin meri Ann İdalqonun da içərisində olduğu fransalı nümayəndə heyəti də Laçın yoluna gedir.

Gununsesi.info