Fransa zəlzələ bölgəsində səhra xəstəxanası quracaq

Fransa Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyədə çoxməqsədli səhra xəstəxanası quracağını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Fransanın daxili işlər naziri Gerald Darmanin tviter hesabında yazıb.

HTML tutorial

Fransanın Türkiyədəki zəlzələlər səbəbilə göndərdiyi 136 nəfərlik xilasetmə qruplarına əlavə olaraq Prezident Emmanuel Makronun tələbi ilə təhlükəsiz səhra xəstəxanası qurmağı öhdəsinə götürdüyünü bildirib.

Xəstəxanada yanğınsöndürənlər də daxil olmaqla hərbi mülki müdafiə təliminə cavabdeh olan 81 personalın çalışacağını bildirən Darmanin bu öhdəliyin Avropa həmrəyliyi çərçivəsində alındığını bildirib.

Darmanin xəstəxananın zəlzələdən zərər çəkənlərin ehtiyacları istiqamətində tikiləcəyini qeyd edib.

Gununsesi.info