Fransada 349 azyaşlı uşağa təcavüz edən həkim yaxalanıb

  • By admin
  • 20 Dekabr 2019 22:23

Fransa prokurorluğu 30 il ərzində azyaşlı xəstələrə qarşı təcavüz və seksual xarakterli zorakı hərəkətlər həyata keçirən bir cərrahın 349 qurbanının olduğunu aşkar edib.

Gununsesi.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə Loryan əyalətinin (Fransanın qərbində yerləşir) prokuroru Lorelin Peyrefit jurnalistlərə məlumat verib.

Onun sözlərinə görə, həm əldə olunan faktlar, həm də zərərçəkənlərin çoxluğu baxımından bu fövqaladə bir hadisədir.

Prokuror Porefit Le Skuarnek adlı bu həkimin bir çox əməllərinə görə 229 şəxsin ifadə, 197-nin isə şikayət verdiyini bildirib.

Mətbuatın verdiyi xəbərdə 68 yaşlı cərraha qarşı təhqiqata 2017-ci ildən, 6 yaşlı qızın anasının şikayətindən sonra başlandığı qeyd olunur. Le Skuarnek polisə verdiyi ifadəsində hətta öz qardaşı uşaqlarına təcavüz cəhdi etdiyini boynuna alıb. Bundan başqa polis onun evində 200 uşağa seksual xarakterli hərəkətləri qeydə aldığı qovluq aşkar edib.

Cinayət faktlarının bir çoxu həkimin çalışdığı xəstəxanda baş verib. Qeyd olunur ki, hələ 2005-ci ildə adı şəkilən şəxs uşaqların pornoqrafik xarakterli fotolarını saxlamaq üstündə 4 ay müddətinə həbs olunub, lakin sonra azaldığa buraxılıbmış.

Hələlik yalnız 4 hadisə üzrə, 2020-ci ilin martından başlayaraq məhkəmə prosesi həyata keçiriləcək. Qalan faktlar istintaq mərhələsində olsa da, onların da eyni işdə birləşdirilməsi istisna olunmur.

 

 

Gununsesi.org