Fransada aclıq aksiyası keçirən tibb işçiləri -"Fələstin üçün ədalət"

  • By Admin2
  • 15 Aprel 2025 12:48

Qəzzada yaralı fələstinliləri müalicə edən fransız həkim Paskal Andre də daxil olmaqla üç fransız səhiyyə işçisi “Fələstində ədalət” naminə aclıq aksiyası keçirir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin Qəzzada soyqırımı davam edərkən, yaralı fələstinli mülki vətəndaşları müalicə etmək üçün bölgəyə gedən fransız həkim Paskal Andre də daxil olmaqla üç fransız tibb işçisi martın 31-də Fransanın cənubundakı Marsel şəhərində “Fələstində ədalət üçün aclıq ” çağırışı ilə aclıq aksiyasına başlayıb.

Bu çağırış çərçivəsində indiyədək Fransada 15 nəfər aclıq aksiyasına başlayıb, 95 nəfər isə həmrəylik orucunu keçirib. Bu şəxslərdən 11-i aclıq aksiyasını davam etdirir.

Aksiyada iştirak edənlər Fransa və Avropa İttifaqı (Aİ) səlahiyyətlilərindən soyqırımın davam etdiyi Qəzzada beynəlxalq və humanitar qanunların icrasını tələb edirlər.

Fransanın müxtəlif şəhərlərində silsilə aksiyalar şəklində keçiriləcək aclıq aksiyaları aprelin 24-də Belçikada başa çatacaq.

Strasburq Fələstin İcmasının rəhbəri Sihabi deyib: “Məqsəd həqiqətən də dərhal atəşkəs, humanitar yardımların daxil olması, İsrailə qarşı sanksiyaların tətbiqi, Avropa ilə İsrail arasında razılaşmaların dayandırılması və Fələstin dövlətinin tanınmasını tələb etməkdir”.

Orxan

Gununsesi.info