Fransada dəmir yol vağzalında şübhəli yük aşkarlandı və…

  • By admin
  • 20 Avqust 2017 22:01

fransa-vagzal

Fransanın Marsel şəhərində Sen-Şarl dəmir yol vağzalında insanlar sahibsiz yük aşkarlanması səbəbindən evakuasiya edilib.

Gununsesi.info-nun TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Milli Dəmir Yol Cəmiyyəti “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Le Figaro” qəzeti evakuasiyanın yerli vaxtla saat 15:30 radələrində başladığını yazıb. Hazırda 45 dəqiqədir ki, qatarların hərəkəti dayandırılıb.

Gununsesi.info